0 səs
391 baxış
tərəfindən Təhsil-Kitab kateqoriyasında
Aqata Kristi - Şərq Ekspresində qətl romanı oxuyanlar təsuratlarınız nədir? Bu kitabı oxumaq vaxt itkisi olmaz ki? Elektron versiyası varmı?

3 cavab

0 səs
tərəfindən

Aqata Kristi əsərlərinin klassik qəhrəmanı Puaro «Şərq ekspresi»ndə səfərə çıxır və həmişəki kimi baş gicəlləndirən hadisəylə üz-üzə qalır. 
Səhər tezdən birinci dərəcəli kupedə kişi meyiti aşkarlanır. Elə bu zaman qatar yolda qalaqlanmış nəhəng qar topası səbəbindən dayanmalı olur və hərəkət edə bilmir. Puaro bu qətl hadisəsini araşdırmaq məcburiyyətində qalır. İşin çətin yanı isə odur ki, qatardakı hər bir möhtərəm sərnişinin, texniki heyət üzvünün qatil çıxmaq ehtimalı var. Yalnız Puaro kimi mahir detektiv, öz parlaq istedadı və iti məntiqi sayəsində belə bir dolaşıq qətl hadisəsini açmağa yardım etmək iqtidarındadır.
Dünya detektiv əsərlərinin şedevrlərindən sayılan «Şərq ekspresində qətl» romanı müəllifin o biri əsərləri kimi çox həvəslə oxunur və oxucunun bütün diqqətini özünə çəkə bilir.

0 səs
tərəfindən

Şərq ekspresində qətl...
Kitabın 213-cü səhifəsindəyəm. Detektiv Puaro bu qədər qarışıqlıqdan sonra qatili tapdığını deyir və bunun üçün qatardakı hərkəs biryerə toplanmalıdı...sona 14 səhifə qalıb deməliyəmki indiyə qədər bir kitabı oxuyarkən bu qədər güldüyümü əyləndiyimi xatırlamıram. Sonu oxumamış məndə öz versiyalarımı yazıram.
1. Qatil Detektiv Hardmandı. Onu Knyaginiya tutub. Bu cür ustalıqla işlənmiş cinayəti yalnız o edə bilər.
2. Qatil Detektiv Puarodu. Çünkü o şizofrendi bu qırmızı kimanonun onun çantasından çıxmasını açıqlayır. Həmdə qatilin profilinə ən çox o uyğundu. Balaca boy zad.
3. Qatil Doktor Konstantindi. Bıçaq izlərinin qadın və solaxay biri tərəfindən işləndiyini deyir. Qatardakı tək həkim olduğuna görə sözləri ifşa oluna bilməz.
4. Birdə bu amerikalı qadın öz qızından nədənsə çox danışır. Qızım belə qızın elə. Bu qız yəqin qaçırılıb öldürülən qızdır. Əvvəllər Kasettinin oğurladığı uşaqlara baxıcılıq edə bilər. Bəlkədə o öldürüb. 
Başım lap xarab oldu. Görüm kimdi qatil.

0 səs
tərəfindən

Bu linkdən yükləmək mümkündür http://bit.ly/2R75xrS

Tapar.az sual-cavab sisteminə xoş gəlmisiniz. Sistem vasitəsi ilə suallarınıza cavab tapa bilər və bildiyiniz suallara cavab verməklə digərlərinə kömək edə bilərsiniz.

72 sual

116 cavab

4 rəy

168 istifadəçi

...