0 səs
290 baxış
tərəfindən Tibb və Sağlamlıq kateqoriyasında
Hepatit B virusu nədir? Nə kimi ziyanları var və bu virusdan necə qorunmaq olar?

3 cavab

0 səs
tərəfindən

Hepatit B qaraciyəri zədələyən bir virusdur. İnsan infeksiaya yoluxduğu zaman ilk öncə kəskin forma özünü göstərir. Əgər kəskin forma 6 aya sağalmazsa onda xəstəlik xroniki formaya keçir. Xroniki forma qaraciyərdə ciddi problemlərə, sirroza və qaraciyər xərçənginə səbəb ola bilər.

0 səs
tərəfindən

Hepatit B cinsi əlaqə vasitəsilə yoluxur. Çox davamlıdır və quru yerdə 1 həftəyədək yaşama qabiliyyətini saxlaya bilir. Hepatit B İİV-dən (İnsan immun çatışmazlığı virusu) 50-100 dəfə daha yoluxucudur.
Hepatit B-nin yoluxma ehtimalı anal cinsi əlaqə zamanı vaginal əlaqədən daha çoxdur. Ona görə də partnyorunuzu yoluxdurmamaq üçün hər 2 növ cinsi əlaqə zamanı qoruyucudan (prezervativ) istifadə etmək lazımdır.

0 səs
(10 bal) tərəfindən

Hepatit B bədən mayelərində aşkarlanır. Qanda Hepatit viruslarının miqdarı daha çoxdur, sperma və vaginal mayedə orta dərəcədədir, sidik və nəcisdə isə azdır.
Hepatit B-dən qorunmağın etibarlı yolu peyvənd olunmaqladır. Yetkin şəxslər 6 ay ərzində 3 doza peyvənd vurdurmaqla özlərini hepatitdən müdafiə edə bilərlər.
Əgər çoxlu cinsi partnyorunuz, cinsi yolla keçən digər bir xəstəliyiniz varsa, hepatitlə yoluxmuş şəxslə cinsi əlaqədə olmusunuzsa peyvənd olunmağınız tövsiyə edilir.

Tapar.az sual-cavab sisteminə xoş gəlmisiniz. Sistem vasitəsi ilə suallarınıza cavab tapa bilər və bildiyiniz suallara cavab verməklə digərlərinə kömək edə bilərsiniz.

89 sual

134 cavab

4 rəy

824 istifadəçi

...