0 səs
80 baxış
(3 bal) tərəfindən Tibb və Sağlamlıq kateqoriyasında
Hepatit virusunua yoluxmuş insanların istifadə etdiyi əşyalar dezinfeksiya olunmalıdır? hansı hepatit virusuna yoluxduğunun fərqi var?

2 cavab

0 səs
(10 bal) tərəfindən

Virus hepatitləri – viruslar tərəfindən törədilən və qaraciyəri zədələyən ağır xəstəliklərdir. Onlar quruluş və xarakterinə görə bir-birlərindən tamamilə fərqlənsələr də, hamısını birləşdirən ortaq əlamət insanların qaraciyərini zədələmələridir.Hepatit B və C tərəfindən törədilən xroniki hepatit daha təhlükəlidir.
Əgər hepatit viruslu xəstə aşkarlanmışsa hospitalizə olunana qədər izolə olunmalıdır. Hepatit A zamanı xəstənin yataq dəsti, məişət əşyaları, şəxsi gigiyena vasitələri dezinfeksiya olunmalıdır. Paltarları və yataq dəsti 15 dəqiqə 2%li sabun-soda məhlulunda qaynadılmalıdır. Xəstənin işlətdiyi qab-qacaq həmçinin sterilizasiya olunmalıdır.
Hepatit B virusunun ev şəraitində dezinfeksiyası demək olar ki, mümkün deyil, çünki virus dezinfeksiya edici məhlullara qarşı çox dayanıqlıdır. Əşyaların və sahənin dezinfeksiyası üçün peşəkarlar cəlb olunmalıdır. Mütləq şəkildə uşaq bağçaları, məktəblər, qaçqınlar üçün olan düşərgələr, ictimai qidalanma nöqtələri dezinfeksiya olunmalıdır.
Hepatitli xəstə ilə kontaktda olmuş şəxslər tibbi nəzarətdə olmalı və hepatitə qarşı peyvənd olunmalıdır. 
VACİB QEYD: Kosmetoloji salon, stomatoloq, tatu-salon və tibbi mərkəzlərə müraciət etdikdə hansı alətlərin istifadə olunduğuna və necə sterilizasiya olunduğuna diqqət edin. Ancaq bütün qaydalara uyğun sterilizasiya edən, etibar etdiyiniz müəssələrə müraciət edin.

0 səs
tərəfindən
Cialis Interazioni Con Altri Medicinali  http://cialibuy.com - Cialis Flonase Pas Cher  <a href=http://cialibuy.com>Cialis</a> Amoxicillin For Dry Socket
Tapar.az sual-cavab sisteminə xoş gəlmisiniz. Sistem vasitəsi ilə suallarınıza cavab tapa bilər və bildiyiniz suallara cavab verməklə digərlərinə kömək edə bilərsiniz.

78 sual

303 cavab

4 rəy

251 istifadəçi

...