0 səs
214 baxış
tərəfindən Hüquq kateqoriyasında
Salam.övladı olmayan şəxs vəfat etdikdə onun varisi arvadi olur...bəs arvad vefat edersen onun veresesi nece mueyyen olunur .(övlad yoxdur) Arvad sağlığında notarialni vesiyyetnamede öz emlakini kime isdede vere bilermi?  ( Sonra vesiyyetnamede adı olmayan adamlar veya qohumlar hansisa emlak iddiasi ede bilermi)

1 Cavab

0 səs
tərəfindən

Vərəsələr kimlər ola bilərlər?

Qanun üzrə vərəsəlik zamanı vərəsələr aşağıdakılar ola bilərlər: miras qoyan vəfat etdiyi anda sağ olan şəxslər və eləcə də miras qoyanın vəfatından sonra diri doğulan övladları.

Vəsiyyətnamə üzrə vərəsəlik zamanı vərəsələr aşağıdakılar ola bilərlər: miras qoyanın vəfat etdiyi anda sağ olan şəxslər, eləcə də o, sağ olduğu zaman döl şəklində yaranmış və vəfatından sonra doğulmuş (onların onun övladları olub-olmadığına baxmayaraq) şəxslər, eləcə də hüquqi şəxslər.

Vəsiyyətnamə üzrə vərəsəlik nədir?

Vəsiyyətnamə üzrə vərəsəlik zamanı, qanun üzrə vərəsəlikdən fərqli olaraq, vəfat etmiş şəxs (miras qoyan) vəsiyyətnaməni tərtib etməklə əvvəlcədən müəyyən etmişdir ki, onun əmlakı kimə və hansı miqdarda qalacaqdır.

Miras qoyan vəsiyyətnamə vasitəsilə öz əmlakını həm qanun üzrə vərəsəsinə, həm də istənilən digər qohum olmayan şəxsə, o cümlədən hüquqi (təşkilat, müəssisə) şəxsə də verə bilər.

Əgər vəsiyyətnamə ilə bütün miras əmlakı vəsiyyətnamə üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin vərəsələrdən biri vərəsəlik açıldığı an üçün sağ deyildirsə, qanun üzrə vərəsəlik yaranmır və onun payı olan əmlakı digər vəsiyyətnamə üzrə vərəsələr bərabər şəkildə alacaqdırlar.

Tapar.az sual-cavab sisteminə xoş gəlmisiniz. Sistem vasitəsi ilə suallarınıza cavab tapa bilər və bildiyiniz suallara cavab verməklə digərlərinə kömək edə bilərsiniz.

72 sual

116 cavab

4 rəy

168 istifadəçi

...