0 səs
118 baxış
tərəfindən Tibb və Sağlamlıq kateqoriyasında

Hepatit C virusu nədir? Hansı yollarla yolxulur?

1 Cavab

0 səs
(10 bal) tərəfindən

Hepatit C qaraciyəri zədələyən viruslardan biridir. Kəskin Hepatit C 6 ayadək davam edir və tam sağalma ilə nəticələnir. Hepatit C xroniki formaya keçdikdə isə insanın ömrünün sonunadək qala bilir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə hazırda 71 milyon insan xroniki hepatit c-dən əziyyət çəkir. 
Hepatit C qan vasitəsilə yoluxan infeksiyadır. Əsas yoluxma yolları:
Narkotik vasitələrin iynə ilə yeridilməsiSterilizə olunmamış tibbi cihaz və alətlərin istifadə olunmasıXəstə insandan sağlam insana qanköçürmə zamanı
Daha az olsa da yoluxma bu hallarda da baş verə bilər:
Yoluxmuş insanla cinsi əlaqə zamanıAnadan uşağa doğuş zamanıYoluxmuş insanın şəxsi gigiyena vasitələrindən – diş fırçası, ülgüc və s istifadə edilməsi.

Tapar.az sual-cavab sisteminə xoş gəlmisiniz. Sistem vasitəsi ilə suallarınıza cavab tapa bilər və bildiyiniz suallara cavab verməklə digərlərinə kömək edə bilərsiniz.

89 sual

134 cavab

4 rəy

824 istifadəçi

...