+2 səs
334 baxış
tərəfindən Hüquq kateqoriyasında

İşə qəbul ediləndə mənimlə 3 ay sınaq müddəti ilə müqavilə bağlamışdılar. Bir ay işlədikdən sonra xəstələndim, əməliyyat olundum, 2 ay işə çıxa bilmədim. Kadrlardan maraqlananda “sənin sınaq müddətin hələ qurtarmayıb" dedilər. Bu, doğrudurmu?

1 Cavab

0 səs
tərəfindən

Kadrlardan Sizi düzgün məlumatlandırıblar. Sınaq müddətinin tətbiq edilməsində məqsəd  işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaqdır.İşçi işdə olmayanda bu məqsədə nail olmaq mümkün deyil. Əmək Məcəlləsinin 51-ci maddəsində göstərilir ki, sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əməkhaqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.

Tapar.az sual-cavab sisteminə xoş gəlmisiniz. Sistem vasitəsi ilə suallarınıza cavab tapa bilər və bildiyiniz suallara cavab verməklə digərlərinə kömək edə bilərsiniz.

62 sual

103 cavab

4 rəy

110 istifadəçi

...