+1 səs
495 baxış
tərəfindən Təhsil-Kitab kateqoriyasında
Çingiz Abdullayev Qaniçənlər Aynası romanı haqqında fikirləriniz nədir?

3 cavab

0 səs
tərəfindən

— Çingiz Abdullayev - 'Qaniçənlər Aynası'

"Bilirsiniz gəmilərdə siçovullarla necə mübarizə aparırlar? 10 dənə siçovulu tutub, dəmir qutuya salaraq susuz, yeməksiz saxlayırlar. Tədricən onlar bir-birini yeyirlər. Əvvəl zəiflər, sonra nisbətən güclülər, ən güclülər və ən sonda bir dənə qalır. Amma bu artıq qutuya qoyulan o siçovula bənzəmir. Bu, qatildir, qaniçəndir. Onda onu zirzəmiyə buraxırlar. Artıq o biri siçovullar xilas ola bilmirlər, o, özününkülərin qanı və ətiylə qidalanmaqla onların qəniminə çevrilir.
Dronqo həmsöhbətinin sözünü kəsməyib sakit qulaq asırdı..."

0 səs
0 səs
tərəfindən

- Bu nədir? - o soruşdu. 
- Müdriyyət sənə evin alınmasında kömək etmək istəyir, - Kapustin deməyə çalışdı, - bu pulları götürün. 
Bağlama elə masanın üstündəydi. 
- Bu rüşvətdir? - oğlan soruşdu. 
Kapustin susurdu. Nəisə demək yersiz idi. Amma gerçəyi inkar etmək avamlıq olardı. O, sadəcə susurdu. Bir dəqiqə keçdi. 
- Pulu götür, - Kapustin kefsiz halda dedi, - sənə mənzil almaq lazımdır. Sənin arvadın , balaca uşağın var. 
-Hə, - nədənsə Kuroçkin pıçıltıyla dedi, - hə. 
O, pullara sehrli kimi baxırdı. Bağlama böyüməyə, şişərək ətrafı tutmağa başladı. Kapustinin oğlana yazığı gəldi, ona kömək etmək istədi: 
- Pulları götür Oleq. Bu, bizim şirkətin pullarıdır. Onları mənə heç kim gətirməyib. Yakov Abramoviç gəlmişdi, mənzil alınmasında sənə köməklik etməyimi təklif etdi. - Uyduraraq əlavə etdi: - bu sənin bugünkü verlişinlə bağlı deyil. 
Kuroçkin gözünü puldan ayırmadan razılıq əlaməti olaraq başını tərpətdi. Onun çaşmış siması vardı. O tərəddüd edirdi. Əlini uzadıb ailəsini sevindirmək fürsəti çox yaxın idi. Amma bunun üçün özündən keçməliydi. Ona görə də tərəddüd edirdi. 
- Sən heç bir qəbahət etmirsən , - Kapustin özünə nifrətlə dedi. - Pulu götür Oleq, ailən var. 
Sonuncu dəlil həlledici oldu. Oleq astaca əlini pula sarı uzatdı. Sonra çəkdi. Yenidən uzatdı və götürdü. Sifəti əyildi, sanki yanan ağacı tutmuşdu. Pulları sıxaraq o, əlinə baxdı. Kapustin anladı ki, oğlan qayıtmaz yola ayaq qoyur. O, pulları artıq masaya qoymayacaq. Onları indi aparacaq. 
Kuroçkin pullar olan əlinə baxdı. Sonra Kapustinə baxdı. O, ona ağır, sağalmağa ümidi olmayan xəstə kimi baxırdı. Oleq başıyla sağollaşaraq ayağa qalxdı, heçnə soruşmayıb otaqdan çıxdı. 
Kapustin uzun müddət tək oturaraq nə baş verdiyini anlamaq istəyirdi. O, özünü bir cavanı yoldan çıxaran şeytan hesab edirdi. Özünə nifrət edirdi...

Çingiz Abdullayev, "Qaniçənlər aynası"

Tapar.az sual-cavab sisteminə xoş gəlmisiniz. Sistem vasitəsi ilə suallarınıza cavab tapa bilər və bildiyiniz suallara cavab verməklə digərlərinə kömək edə bilərsiniz.

72 sual

116 cavab

4 rəy

168 istifadəçi

...