0 səs
170 baxış
tərəfindən Tibb və Sağlamlıq kateqoriyasında
Qaraciyər bədəndə hansı funksiyaları yerinə yetirir, vəzifəsi nədir?

2 cavab

+1 səs
tərəfindən

Qəbul etdiyimiz dərman maddələrinin toksik təsirlərini zərərsizləşdirir Qida maddələrini vitamin, mineral və şəkər halında depolayır. Orqanizm tərəfindən ən çox ehtiyac duyulan zülalları sintez edir. Yağların həzmi və A, D, E, K vitaminlərinin sorulması üçün öd turşusu sintez edir. Orqanizmin infeksiyalarla mübarizəsi üçün qanı bakteriyalardan təmizləyir. Qanın laxtalanma sistemində iştirak edən maddələr sintez edir. Qəbul etdiyimiz yeməkləri qidalı maddələrə bölərək enerji yaradır.

+1 səs
(10 bal) tərəfindən

Hemaxromotoz parenximal orqanlarda çoxlu dəmir toplanması nəticəsində orqanın zəhərlənməsidir. Ən tez rast gəlinən autosom ressessiv genetik xəstəliklərdən biridir. Bəzi hallarda xəstəlik simptomsuz keçir, lakin əksərən ümumi və yerli bu əlamətlər qeyd olunur: həddən artıq yorğunluq (74%), impotensiya (45%) və atralgiya (44%).
Ən çox rast gəlinən əlamətlərə həmçinin hepatomeqaliya (qaraciyərin böyüməsi), dəridə piqment ləkələri və artrit aiddir.
Xəstəliyin diaqnostikası kliniki əlamətlərə, genetik testə və laborator müayinələrə əsasən qoyulur.
Müalicənin məqsədi orqanizmi dəmir artıqlığından azad edərək, orqanlarda geri dönülməz dəyişikliklər yaranmasının qarşısının alınmasıdır.

Tapar.az sual-cavab sisteminə xoş gəlmisiniz. Sistem vasitəsi ilə suallarınıza cavab tapa bilər və bildiyiniz suallara cavab verməklə digərlərinə kömək edə bilərsiniz.

66 sual

113 cavab

4 rəy

143 istifadəçi

...