+1 səs
355 baxış
tərəfindən Hüquq kateqoriyasında

Son vaxtlar mətbuatda tez-tez "Publik hüquqi şəxs" ifadəsinə rast gəlirəm. "Publik hüquqi şəxs" nədir, kim tərəfindən yaradılır?

1 Cavab

0 səs
tərəfindən

Publik hüquqi şəxslər uzun müddətdir bir sıra Avropa ölkələrində fəaliyyət göstərir. Hazırda bəzi MDB ölkələrində də bu cür hüquqi şəxslər var. Ölkə Prezidenti tərəfindən 29 dekabr 2015-ci ildə "Publik hüquqi şəxslər haqqında "Azərbaycan Respublikasının Qanunu imzalanmış və həmin Qanun mətbuatda dərc olunaraq qüvvəyə minmişdir. Qanunun 2.2. maddəsinə əsasən, publik hüquqi şəxs - dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır.

Əgər nizamnaməsində nəzərdə tutulmuşsa, publik hüquqi şəxslərin özləri tərəfindən də publik hüquqi şəxslər yaradıla bilər. Nizamnaməsində nəzərdə tutulduğu halda həmçinin təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Publik hüquqi şəxs yalnız nizamnaməsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul ola bilər.

Publik hüquqi şəxslər dövlət orqanları və bələdiyyəyər tərəfindən yaradılsa, təsis edilsə də,  bu təsisçilər qanunvericikliklə onlara verilmiş hüquq və vəzifələri yaratdıqları publik hüquqi şəxslərə ötürə bilməzlər.

Publik hüquqi şəxs "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.

Publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və publik hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

Artıq respublikamızda publik hüquqi şəxslər fəaliyyət göstərir. İlk yaradılan publik hüquqi şəxslərdən biri də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.

Tapar.az sual-cavab sisteminə xoş gəlmisiniz. Sistem vasitəsi ilə suallarınıza cavab tapa bilər və bildiyiniz suallara cavab verməklə digərlərinə kömək edə bilərsiniz.

61 sual

104 cavab

3 rəy

89 istifadəçi

...