+1 səs
139 baxış
tərəfindən Hüquq kateqoriyasında

Çalışdığım müəssisədə 5 aydır əməkhaqqı verilmir. Əməkhaqqının zavod tərəfindən gecikdirilməsi qanunla necə tənzimlənir? Onu da qeyd edim ki işlədiyim zavod təsərrüfathesablıdir. Bildiyimə görə, əməkhaqqının zavodun mühasibatlığı tərəfindən gecikdirilməsi hər bir iş günü üçün 1% əməkhaqqının üstünə gəlməlidir. Bu, doğrudurmu və qanunla necə tənzimlənir?

1 Cavab

0 səs
tərəfindən

ƏM-in 154-cü maddəsinə əsasən, əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əməkhaqqının verilməsi müddətləri də adıçəkilən Məcəllə ilə müəyyənləşdirilir. 172-ci maddəyə əsasən, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əməkhaqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.

Əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə Əmək Məcəlləsinin "Əmək mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir.

Qeyd edək ki, "işəgötürənin təqsiri üzündən gecikdirildikdə" dedikdə, əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əməkhaqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əməkhaqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

 Çalışdığınız müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlamısınızsa, onda qeyd edilən maddənin tələbləri sizə şamil ediləcək. Podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə isə ƏM şamil edilmir (ƏM, maddə 6).

Tapar.az sual-cavab sisteminə xoş gəlmisiniz. Sistem vasitəsi ilə suallarınıza cavab tapa bilər və bildiyiniz suallara cavab verməklə digərlərinə kömək edə bilərsiniz.

56 sual

98 cavab

3 rəy

63 istifadəçi

...